Pentaqon UNO əks etdirən video paylaşıb – VİDEO

05:00 28-04-2020 482

Pentaqon rəsmi olaraq uçan naməlum obyektləri (UNO) əks etdirən üç qısa videogörüntü paylaşıb.

“CNN” xəbər verir ki, UNO-ları təyyarədə olan infraqırmızı kameraların vasitəsi ilə çəkiblər. Videolardan biri 2004-cü, ikisi isə 2015-ci ildə çəkilib.

Qeyd etmək lazımdır ki, ABŞ-ın Hərbi Dəniz Qüvvələri videoların həqiqi olduğunu təsdiq edib.