Ukraynada infeksiya daşıyan müttəhim hakimin üzünə tüpürdü

06:00 28-04-2020 361

Ukraynanın Nikolayev vilayətində qəsdən adam öldürmə ilə bağlı məhkəmə zamanı müttəhim ayağa qalxaraq iki dəfə hakimin üzünə tüpürüb.

“Strana.ua” xəbər verir ki, hadisə prokuror şübhəli şəxsin həbsinin uzadılması barədə vəsatət oxuyarkən baş verib.

Qeyd etmək lazımdır ki, müttəhimin bir çox xəstəlikdən, o cümlədən tənəffüs yolları infeksiyasından əziyyət çəkdiyi məlum olub.

Məhkəmədə olan üç hakim bu barədə ölkənin baş prokuroruna şikayət edib.