Türkiyədə iki azərbaycanlı narkotacir tutuldu

19:20 03-05-2020 335

Türkiyənin Ankara şəhərinin Kahramankazan rayonunda iki azərbaycanlı tutulub. 

Onların üzərindən 100 qram narkotik maddə olan metamfetamin götürülüb.

Hüquq-mühafizə orqanları onların narkotik ticarəti ilə məşğul olduqlarını ehtimal edir. Şübhəlilərdən biri qadındır.

İstintaq nəticəsində məlum olub ki, İstanbuldan Ankaraya narkotik maddə gətirmək istəyən şəxslər koronavirusa görə şəhərlərarası gediş-gəlişin mümkünsüz olduğunu bildikləri üçün guya babaları ölübmüş kimi saxta “dəfn icazəsi” alıblar.

Hazırda iş üzrə istintaq davam edir.