Çində gün ərzində cəmi üç nəfər koronavirusa yoluxdu

10:20 04-05-2020 351

Çində son sutka ərzində üç nəfərdə koronavirus aşkar edilib. 53 xəstə virusdan sağalıb, ölüm halı isə baş verməyib.

Bu barədə “RİA Novosti” ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinə istinadla xəbər yayıb.

Virusa yoluxma faktının ikisi Şanxayda, biri Şandonq əyalətində qeydə alınıb. Çində ümumilikdə, koronavirusa yoluxmuş 481 nəfər var.

Epidemiyanın mərkəzi olan Hubeydə gün ərzində heç bir yoluxma və ya ölüm hadisəsi aşkarlanmayıb, xəstəxanalarda koronaviruslu xəstə qalmayıb.