Restorandan film kimi oğurluq - VİDEO

19:20 04-05-2020 427

Türkiyənin Eskişehir şəhərində koronavirusa qarşı tədbirlər çərçivəsində restoranların müvəqqəti bağlamağını fürsət bilən oğrular fəaliyyətə başlayıblar.

“İhlas Haber Ajansı”nın (İHA) məlumatına görə, ikisi uşaq olmaqla dörd nəfər bir restoranın havalandırma sistemini qıraraq, təxminən 10 min lirə (2419 AZN) dəyərində olan 56 ədəd xüsusi hazırlanmış mis qabı oğurlayıblar.

Oğurluq hadisəsi müşahidə kameralarına əks olunub.

Oğrular təhlükəsizlik kameralarını məhv etməyə çalışıblar. Bəzi kameraların kabelini kəsib, digərlərinin istiqamətini çeviriblər. Onlar iri qara zibil torbaları ilə tez bir zamanda mis qabları yığaraq gediblər.

Havalandırma sisteminin qırıldığını görən restoran sahibi polisə xəbər verib.

Hadisə ilə bağlı araşdırma aparılır.