Moskvada daha 52 nəfər koronavirusdan vəfat edib

02:20 05-05-2020 355

Ötən gün ərzində Rusiyanın paytaxtı Moskvada daha 52 nəfər koronavirusun qurbanı olub.

“RİA Novosti” xəbər verir ki, beləliklə bu şəhərdə ümumi olaraq 816 insan xəstəlikdən vəfat edib.

Qeyd etmək lazımdır ki, Rusiyada 145 mindən çox insan koronavirusa yoluxub, 1300 nəfər onun qurbanı olub, təxminən 18 min nəfər isə xəstəlikdən sağalıb.