Pensiyaçı qadın 35 nəfəri koronavirusa yoluxdurdu

00:40 08-05-2020 438

Ukraynanın Dnepr şəhərində pensiyaçı qadın 35 nəfəri koronavirusa yoluxdurub.

Bu barədə “Radio Svoboda” məlumat yayıb.

Dörd gündür xəstəxanada müalicə alan 63 yaşlı qadının vəziyyətinin ağır olduğu bildirilir.

Qadının yoluxdurduğu 35 nəfərin 21-83 yaş aralığında olduğu qeyd olunur.

Onların hamısı pensiyaçı qadınla ünsiyyətdə olub.