Genetik araşdırma koronavirusa yoluxma riskini müəyyən edəcək

04:20 08-05-2020 399

“COVID-19 hər insana fərqli təsir göstərə bilər”.

Star.com-un məlumatına görə, bunu türkiyəli professor, Antalya Genetik Xəstəliklərin Diaqnozu Mərkəzinin müdiri Duran Canatan deyib.

Professorun sözlərinə görə, koronavirus yalnız ağciyərlərə deyil, bütün orqanlara təsir edə bilər. Virusun genetikasında müxtəlif orqanlara yapışmasını təmin edən amillər mövcuddur.

İstər ölkə daxilində, istərsə də xaricdə virusa qarşı antitel və peyvənd hazırlanması işlərinin davam etdiyini qeyd edən D.Canatan özlərinin də virusun mikro-RNT-lərini araşdıran bir tədqiqat başladacaqlarını bildirib.

“Mikro-RNT-lərə baxacağıq. Xəstəliyi keçirən şəxslərdən və sağlam insanlardan nümunələr götürəcəyik. İnsanların mikro-RNT-lərinə baxmaqla COVID-19 xəstəliyinə tutulma riskinin olub-olmadığını dəqiqləşdirəcəyik. Risk dərəcəsi yüksək olanlar özlərini daha çox təcrid edəcəklər”, - deyə D.Canatan vurğulayıb.