Dilənçilər bu yolla həm sosial məsafəni gözləyir, həm də pul toplayır - FOTO

02:40 13-05-2020 338

Cənubi Afrika Respublikasında koronavirusdan qorunmaq üçün dilənçilər belə sosial məsafə qaydalarını gözləyir.

“HaberGlobal”ın məlumatına görə, bu ölkədəki dilənçilər uzun çubuqların ucuna bağlanmış qutular vasitəsilə pul istəyirlər.

“Yardım istədiyimiz insanlar bizdən qorxur və yaxınlaşmaq istəmir. Buna görə də, uzun çubuqlara bağladığımız qutuları uzadaraq pul toplamağa davam edirik”, - deyə, Conatan Feliks adlı şəxs bildirib.