Tramp: “Beş dostum COVID-19-dan öldü”

17:00 15-05-2020 404

ABŞ Prezidenti Donald Tramp beş dostunun COVID-19-dan öldüyünü bildirib.

“Boston 25 News” xəbər verir ki, onlardan ikisi dövlət başçısının yaxın dostu olub.

ABŞ Prezidenti bu barədə Pensilvaniya ştatında tibb müəssisəsinin işçiləri ilə görüşdə danışıb.

Onun sözlərinə görə, mərhumlar kifayət qədər ağırçəkili və səhhəti qənaətbəxş olmayan yaşlı insanlar olub.

D.Tramp COVID-19-un adi soyuqdəymə ilə müqayisəsi barədə fikir də bildirib:

“İndiyə qədər soyuqdəymədən dost itirməmişəm”.