Nazirlər Kabineti rəsmisindən Rusiya ilə sərhədə toplaşan həmvətənlərimizlə bağlı AÇIQLAMA

19:00 15-05-2020 331

“Rusiyadan gələnlər, sadəcə, “evəgedirəm” portalından qeydiyyatdan keçməlidir”.

HerGun.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O, Dağıstanda qalan azərbaycanlıların sərhəddə toplaşması, polislə aralarında mübahisə yaranmasına da münasibət bildirib: 

“Orada olan vətəndaşlara xəbərdarlıq edilmişdi. Sərhəddə toplaşmaq lazım deyildi. Yalnız və yalnız “evəgedirəm” portalından qeydiyyatdan keçmək lazımdır”.

İlhamə Əbülfət