Pandemiya ilə əlaqədar “Son zəng” unikal formada keçiriləcək

04:00 16-05-2020 17

Koronavirusun bütün dünyada tüğyan etdiyi dövrdə bir sıra kütləvi tədbirlər, mərasimlər təxirə salınıb.

Qırğızıstanda “qara siyahı”ya düşən tədbirlər siyahısında məktəblilərin böyük həyəcanla gözlədiyi “Son zəng” də var.

Ölkə hökuməti şagirdlərin bu arzusunu bacardığı qədər reallaşdırmaq üçün tədbiri keçirmək qərarına gəlib. Lakin Təhsil nazirinin müavini uşaqların sağlamlıqlarının və təhlükəsizliyinin hər şeydən önəmli olduğunu bildirərək, tədbirin ənənəvi formada olmayacağını bildirib. Belə ki, “Son zəng”in onlayn formada keçirilməsi planlaşdırılıb.

Məlumata görə, telekanallarda “Mən məktəbi bitirdim” aksiyası keçiriləcək, məktəbliləri isə məşhurlar təbrik edəcək.