Fotoqraf şəkil çəkdirmək istəyərkən qayadan yıxıldı

04:20 18-05-2020 398

Rusiyanın Ufa şəhərindən olan fotoqraf Yuliya Xabibullina Dubayda qayadan yıxılaraq yaralanıb.

Lenta.ru-nun məlumatına görə, bu barədə Başqırdıstan Dövlət Televiziya və Radio Yayımları Şirkəti xəbər yayıb.

Bildirilib ki, Yuliya qayanın qırağında şəkil çəkdirmək istəyərkən müvazinətini itirib.

Qayanın hündürlüyünün 10 metrə yaxın olduğu qeyd edilir.