Kişi arvadını qızının gözü qarşısında bıçaqlayaraq öldürdü

06:20 18-05-2020 339

Türkiyədə kişi boşanmaq istəyən arvadını qızının gözləri qarşısında bıçaqlayaraq öldürüb.

“Hüriyyet”in məlumatına görə, hadisə Çanaqqala şəhərində baş verib.

Belə ki, iki uşaq anası Fatma K. adlı qadın işdən qayıdarkən boşanmaq üzrə olan əri ilə qarşılaşıb.

19 yaşlı qızı da yanında olan Fatma əri ilə mübahisə etməyə başlayıb. Kişi belindəki bıçağı çıxararaq onu öldürüb.

Aydın K. adlı şəxs polis tərəfindən tutulub və həbs edilib.