Türkiyənin ən kiçik COVID-19 xəstəsi müalicə olunaraq anasına təhvil verildi

10:40 18-05-2020 710

Türkiyənin Kütahya şəhərində beş aylıq körpə COVID-19-a qalib gəlib.

“HaberGlobal” məlumat verir ki, koronavirus diaqnozu qoyulan uşaq reanimasiya şöbəsində təxminən iki aylıq müalicədən sonra xəstəxanadan buraxılıb.

Xəstəxananın baş həkimi körpənin sağlamlığını bərpa etməsinin heyət üçün böyük xoşbəxtlik və mənəvi dəstək olduğunu qeyd edib.

Onun Türkiyədə indiyə qədər koronavirusa yoluxmuş ən kiçik xəstə olduğu vurğulanır.

Sağlamlığına qovuşan A.S. tibb işçilərinin alqış sədaları altında anasına təhvil verilib.