Günay İbrahimli üsyan etdi: “Ortalıqda artıq müğənnilər çoxdur” - VİDEO

14:00 20-05-2020 29

“Sənətçilər arasında dostum yoxdur. Həmkarlarımla münasibətim normaldır. Onlarla efirə çıxıram, tədbirlərdə görüşürük. Xətirlərini istəyirəm, hörmətlərini saxlayıram. Amma dostlarım bu sahədən deyil”.

HerGun.Az xəbər verir ki, bu sözləri məşhur müğənni Günay İbrahimli “MTV Azərbaycan” telekanalında yayımlanan “Ulduzun vaxtı” şou proqramında qonaq olarkən deyib.

Sənətçi iki Xalq artisti Aygün Kazımova və Röya Ayxanla münasibətlərindən söz açıb. O, hər iki müğənni ilə danışdığını və heç bir cəbhəyə daxil olmadığını dilə gətirib.

“Onları biri-birindən ayırmıram. İkisi də gözəl sənətçidir. Onlarla münasibətim yaxşıdır. Nə Aygünlə, nə də Röya ilə heç bir problemim yoxdur”.

Proqramda Günay şou əhli arasında heç bir qruplaşmada olmadığını və həmkarları ilə əvvəlki kimi yaxınlıq etmədiyini açıqlayıb:

“Bir ara məni qruplaşmaya salmışdırlar (gülür). Bir daha ora daxil olmaram. Söz-söhbətdən kənar gəzirəm, ehtiyat edirəm. Problemli müğənni deyiləm. Həmkarlarımla yaxın olduqca, problemlərin sayı artır.

Bir neçə il öncə sənət yoldaşlarımla yaxınlıq etdim, onlarla bir yerdə oturub, yeyib-içdim, dərdimi danışdım. Ertəsi gün söhbətlərimi başqa cür qələmə verdilər. Bunları görüb, qərara gəldim ki, hamıdan uzaqlaşım. Çəkilişlərim bitir, gedirəm evə. İstirahət zonam evimdir”.

Sosial medianın müğənniləri əlçətan etdiyini deyən G.İbrahimli ortalıqda artıq ifaçıların çox olmasından gileylənib:

“Instagram” çıxandan bəri hər şey maraqsız olub. Əlçatmaz heç kim və heç nə qalmayıb. Bu sosial şəbəkə yaranandan müğənnilərin və vizajistlərin sayı artıb.

Bu sənətə çox çətin dönəmdə gəlmişəm. Sosial şəbəkələr bu qədər populyar deyildi. O zamanlar bir il ərzində iki mahnı təqdim edirdik. İndi isə hər ay mahnı lentə alırıq. Hərə özünə bir “YouTube” kanalı açıb, orada özünü reklam edir. Amma əvvəllər mahnımız bir ay radioda səsləndikdən sonra efirə çıxırdıq. Çox gözəl və maraqlı verilişlər var idi. Təəssüf olsun ki, indi çıxmağa veriliş tapmırıq. O dövrün sistemini daha çox sevirdim.

Ortalıqda artıq müğənnilər çoxdur. Otuz yaxşı estrada ifaçısı var. Yerdə qalanları müğənni hesab etmirəm”.

Rəşad Əliyev