Yevlaxda ağır yol qəzası baş verdi: yaralananlar var
14:40 31-05-2020 334
Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Report-un məlumatına görə, hadisə Yevlax-Bərdə avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
“Mercedes” və VAZ markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alanların olduğu bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.