Beynəlxalq Kosmik Stansiyaya keçərkən astronavt başını əzdi - FOTO/VİDEO
14:00 01-06-2020 462
ABŞ-ın “SpaceX” şirkətinə məxsus “Crew Dragon” gəmisinin komandiri, astronavt Daqlas Herli Beynəlxalq Kosmik Stansiyaya keçərkən başını əzib.
“RİA Novosti”nin məlumatına görə, bunu NASA-nın nümayəndəsi Stiv Stiç deyib.
“Bəli, o, başını əzib. Orbitdə bəzən belə hallar olur”, - deyə Stiç bildirib.
O, Herlinin vəziyyətinin yaxşı olduğunu iddia edib. Bununla belə, mənbə xəbər verir ki, BKS-lə rabitə zamanı Herli əli ilə alnını tutub. Bir müddət sonra astronavta salfet uzadılıb və o, vaxtaşırı alnını silməyə başlayıb.
Lakin astronavtın alnında qan görünməyib.