Abşeronda ata və oğlu bıçaqlandı

22:40 18-07-2020 532

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

Report-un məlumatına görə, hadisə rayonun Novxanı qəsəbəsində qeydə alınıb.

Belə ki, 1956-cı il təvəllüdlü Ağamalıyev Ağamalı Rəcəb oğlu və onun övladı, 1986-cı il təvəllüdlü Ağamalıyev Rəcəb Ağamalı oğlu yaşadıqları evin həyətində tanışları tərəfindən bıçaqlanıb.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Müayinə zamanı A.Ağamalıyevdə döş qəfəsinin kəsilmiş-deşilmiş yarası, R.Ağamalıyevdə isə baş nahiyəsinin bir ədəd və qarın boşluğunun daxilə nüfuz edən iki ədəd kəsilmiş-deşilmiş bıçaq yaraları aşkarlanıb.

R.Ağamalıyevin vəziyyətinin ağır olduğu bildirilir.

Cinayətin təfərrüatları araşdırılır.