Gədəbəy sakini tanışı tərəfindən bıçaqlandı

21:00 19-07-2020 580

Gədəbəy rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun İnəkboğan kəndində qeydə alınıb.

Kənd sakini Hüseynov Güloğlan İlham oğlu qarnının kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə xəstəxanaya yerləşdirilib və cərrahi əməliyyat olunub. Hazırda vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, G.Hüseynov tanıdığı şəxslə münaqişə zamanı bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.