Lənkəranda iki nəfər bıçaqlandı

11:20 20-07-2020 508

Lənkəranda 28 yaşlı şəxs iki nəfəri bıçaqlayıb.

APA-nın məlumatına görə, rayon sakini, 1992-ci il təvəllüdlü Murad Əsədzadə münaqişə zəminində 1998-ci il təvəllüdlü Ruslan Rəhmanovu və 2000-ci il təvəllüdlü Məhərrəməli Məmmədovu bıçaqlayıb.

Bıçaq xəsarəti alan hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.