Bakıda 26 yaşlı oğlan tanımadı şəxs tərəfindən bıçaqlandı

01:00 21-07-2020 590

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

1994-cü il təvəllüdlü Tarverdiyev Yusif İlham oğlu naməlum şəraitdə tanımadığı şəxs tərəfindən bıçaqlanıb. 

Yaralı ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.