Körpə doğum evindən oğurlandı

03:20 26-07-2020 311

Rusiyanın Rostov vilayətinin Salsk şəhərində yerli xəstəxananın doğum şöbəsindən yeni doğulmuş oğlan oğurlanıb.

Rusiya İstintaq Komitəsinin yerli idarəsinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 25-də gecə saatlarında baş vermiş faktla bağlı cinayət işinə başlanılıb.

Müstəntiqlər və kriminalistlər hadisə yerində işləyirlər. Uşağı qaçırmış şəxsin axtarışları aparılır.