Daha bir dəhşətli cinayət: Boşanmaq üzrə olduğu arvadını öldürdü

06:00 03-08-2020 447

Türkiyədə daha bir qadın cinayət qurbanı olub.

Sondakika.com-un məlumatına görə, hadisə Kahramanmaraş şəhərində baş verib.

Belə ki, 38 yaşlı Ali Yavuz anası ilə birgə yaşayan və boşanmaq üzrə olan 28 yaşlı arvadı Sevgi Yavuzun evinə gedib. Onlar arasındakı pul söhbəti mübahisə ilə nəticələnib. Kişi tüfənglə yoldaşını qətlə yetirib, qayınanasını isə ağır yaralayıb.

Cinayətkar daha sonra hadisə yerindən qaçıb.