PSJ və “Mançester Yunayted” klubları “Real”ın ulduzu uğrunda yarışır

08:40 06-08-2020 444

Madrid “Real” futbol klubunun yarımmüdafiəçisi Xames Rodriges karyerasını PSJ-də davam etdirə bilər.

Bu barədə “Le10Sport” məlumat yayıb.

Artıq futbolçunun agenti Jorje Mendeş onu Paris klubuna təklif edib.

X.Rodrigesin transferində həmçinin “Mançester Yunayted” maraqlıdır. Lakin ingilis klubunun təklif etdiyi 25 milyon avro “kral klubu”nu qane etmir. İspanlar bu rəqəmin daha 10 milyon artıq olması arzusundadır. PSJ isə “Real”ın istəyinə yaxın məbləği ödəməyə hazırdır.