“Fənərbaxça”dan bir gündə dörd transfer

02:40 07-08-2020 425

“Fənərbaxça” bir gündə dörd transfer rəsmiləşdirib.

HerGun.Az xəbər verir ki, ötən gün “Sivasspor”dan Mert Hakan Yandaş, “Beşiktaş”dan Gökhan Gönül və Caner Erkini heyətinə qatan İstanbul təmsilçisi “Trabzonspor”dan sol cinah müdafiəçisi Filip Novakı da transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Novak 2018-ci ildən “Trabzonspor”da oynayıb. Çexiya yığmasında da oynamış futbolçu daha öncə “Jlin”, “Yablonets” və “Midtyulland”da da çıxış edib.