Abşeronda ər arvadına 22 bıçaq zərbəsi vurdu

00:20 16-08-2020 796

Abşeronda bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Ailə münaqişəsi zəmnində həyat yoldaşı tərəfindən çoxsayli bıçaq zərbələri alan 1992-ci il təvəllüdlü Məmmədova Şəhanə Sahib qızı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı onun döş qəfəsində və qarın boşluğunda 22 kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Ş.Məmmədovanın vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır