Mikayıl Cabbarov İranın İqtisadi İşlər və Maliyyə naziri ilə onlayn görüş keçirib - FOTO

18:20 19-08-2020 454

İqtisadiyyat naziri Mikayıl Cabbarov ilə İran İslam Respublikasının İqtisadi İşlər və Maliyyə naziri Fərhad Dejpəsənd arasında videokonfrans formatında görüş keçirilib.

Nazirlikdən HerGun.Az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında əlaqələrin mövcud durumu, əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı müzakirələr aparılıb.