Türkiyənin məşhur aktyoru Xalid Ərgənc niyə peşman olub? - FOTO

08:20 20-08-2020 858

Sevgilisini döyən məşhur türkiyəli aktyor Ozan Güvənə dəstək verən həmkarı Xalid Ərgənc sözlərindən peşman olub.

Bu barədə “Sözcü” xəbər yayıb.

Dostunun bu işdən “alnı açıq” çıxacağını dedikdən sonra kəskin tənqid olunan aktyor üzr istəmək məcburiyyətində qalıb.

“Instagram” hesabından etdiyi açıqlamada aktyor çox kədərləndirən hadisədə fikirlərini düzgün ifadə edə bilmədiyini bildirib:

“Buna görə çox kədərliyəm. Şiddətin heç bir növünün tərəfində olmağım mümkün deyil. Son dərəcə həssas olduğum qadına şiddət məsələsində zərər çəkmiş və bu məsələdə mübarizə aparan hər kəsi məyus etdiyimi anlayıram, haqq verirəm və üzr istəyirəm”, - deyə o bildirib.

Xatırladaq ki, sevgilisi Dəniz Bulutsuzu döydüyü üçün məhkəməsi gedən Ozan Güvənin “Babil” filmindən ayrılması ilə əlaqədar danışan Xalid Ərgənc gözlənilməz açıqlaması ilə hər kəsi təəccübləndirmişdi.

Belə ki, o, dostunun şiddətə meyilldi biri olmadığını deyərək, həmin günü naməlum hadisə baş verdiyini və ədalətin bərqərar olacağını .