“Lotu Quli”nin cənazəsi ailəsinə təhvil verildi - VİDEO

20:20 20-08-2020 724

Türkiyənin Antalya şəhərində qətlə yetirilən “Lotu Quli” ləqəbi ilə tanınan azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun cənazəsi ailəsinə təhvil verilib.

“Sondakika.com” xəbər verir ki, mərhumun həm Türkiyədə, həm də xaricdə yaşayan xeyli sayda tanışı morqun önünə gəlib.

Cənazənin İstanbula aparılıb, orada dəfn ediləcəyi bildirilib.

Mərhumun nəşini təhvil alan qohumu Bəxtiyar Muradov yerli KİV-ə verdiyi açıqlamasında xain bir hücuma məruz qaldıqlarını, dövlətdən məsələyə ədalətlə yanaşmağı gözlədiklərini bildirib. O, qatillərin ən ağır cəzanı alacaqlarına ümid etdiyini qeyd edib.