Azərbaycan filmi “Sarayevo Film Festivalı”nda “Ən yaxşı rejissor” nominasiyasında qalib olub – FOTO/VİDEO

23:40 20-08-2020 889

Azərbaycan filmi “Sarayevo Film Festivalı”nda mükafata layiq görülüb.

HerGun.Az xəbər verir ki, rejissor Rüfət Həsənovun çəkdiyi və həmçinin ssenari müəllifi olduğu “Daxildəki ada” bədii filmi festivalın “Ən yaxşı rejissor” nominasiyasında qalib olub.

Filmin əsas rollarında Orxan Ata, Vidadi Həsənov, Qurban İsmayılov, Rafiq Əzimov və Elvin Adıgözəl çəkilib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilən “Daxildəki ada” tammetrajli bədii filmi “Debüt” studiyası, “Arizonafilm” və “Coyote Cinema”nın birgə istehsalıdır.

Filmin baş qəhrəmanı, şahmatçı gənc mənəvi və fiziki təzyiqlərdən başını götürüb vəhşi atlar yaşayan və bir sakini olan adaya qaçır.

Resim