“Harri Potter”dən tanınan aktrisa “Playboy” imperiyası üçün varis dünyaya gətirdi - FOTO

02:20 26-08-2020 870

Britaniyalı aktrisa Skarlett Birn “Playboy” jurnalının əsasını qoyan Hyu Hefnerin oğlu Kuperdən uşaq dünyaya gətirib.

Bu barədə  “E! News” xəbər yayıb.

“Harri Potter” filmlərində “Pensi Parkinson” rolu ilə tanınan  29 yaşlı aktrisa ilk dəfə ana olub.

Cütlük 2019-cu ildə evlilik həyatına qədəm qoyublar. Buna kimi isə onlar altı il görüşüblər.