Sahil kənarında gəzintiyə çıxan amerikalı 35 kiloqram kokain tapdı

03:40 02-09-2020 375

Çimərlikdə gəzintiyə çıxan ABŞ-ın Florida ştatının sakini dəniz sahilində 35 kiloqram kokain tapıb.

Bu barədə CNN agentliyi məlumat yayıb.

O, dərhal bu barədə polisə məlumat verib.

Mütəxəssislər tapılan narkotik maddənin dəyərini bir milyon dollardan çox olaraq qiymətləndirir.

Ərazinin patrul rəhbəri Con Modlin bildirib ki, qaçaqmalçılar marşrut kimi Meksika körfəzindən və Florida-Kis arxipelağından istifadə etdiklərinə görə, bu ərazilərdə oxşar tapıntılara tez-tez rast gəlinir.