Bakıda kişi arvadını bıçaqladı
23:40 07-09-2020 1171
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.
1983-cü il təvəllüdlü Abbasova Fərqanə Əsgərxan qızı əri ilə mübahisə zamanı bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.