Sumqayıt sakini tanımadığı şəxs tərəfindən bıçaqlanıb

22:40 20-09-2020 713

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə, şəhər ərazisində baş verən hadisə zamanı 1990-cı il təvəllüdlü Nurullayev Samir Fətulla oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb. 

Yaralı xəstəxanaya yerləşdirilərək cərrahi əməliyyat olunub. 

Faktla bağlı araşdırma aparılır.