Sumqayıtın bir hissəsində su olmayacaq

10:00 23-09-2020 439

Magistral su kəmərində aparılan təmir işləri ilə əlaqədar gün ərzində Sumqayıt şəhərinin Yaşıldərə massivinə və ətraf ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə “Azərsu” ASC-dən məlumat verilib.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.