Kolumbiya Prezidentinə qarşı sui-qəsd planı hazırlanıb

00:40 27-09-2020 36

Kolumbiya Prezidenti İvan Dukeyə qarşı sui-qəsd planı hazırlanıb.

TASS xəbər verir ki, bu barədə Kolumbiyanın hüquq-mühafizə orqanlarına məlumat daxil olub.  

Məlumatda sui-qəsd planının əcnəbilər tərəfindən hazırlandığı qeyd olunub. Hazırda dövlət orqanları Prezidentin müdafiəsini daha da gücləndirib. Planın neytrallaşdırılması istiqamətində işlər görülür.