Ermənistan tərəfi yeni itkilərinin sayını açıqladı

00:20 01-10-2020 368

Ermənistan tərəfi canlı itkilərinin yeni sayını açıqlayıb.

News.am xəbər verir ki, Azərbaycan Ordusunu dayandırmağa cəhd göstərən Ermənistan tərəfi daha 23 hərbçisini itirib.

Siyahıya həmçinin “Su-25” təyyarəsinin pilotunun adı da daxil edilib.

Beləliklə, bu saata qədər düşmən tərəfi 103 hərbçi itirdiyini etiraf etmək məcburiyyətində qalıb.