26 yaşlı qadın 14 afrikalı uşağı övladlığa götürdü

05:00 20-10-2020 360

26 yaşlı britaniyalı Letti Makmaster Afrikadan 14 uşağı övladlığa götürüb.

Bu barədə REN TV məlumat yayıb.

İlk dəfə 18 yaşında könüllü olaraq Tanzaniyaya yollanan L.Makmasterin həyatı bundan sonra dəyişib. Yerli uşaq evlərinin birindəki körpələrdən ayrıla bilməyən britaniyalı üç il burada yaşayıb.

O bildirib ki, uşaqlar fiziki və psixoloji təzyiqlərə məruz qalıb, uşaq evinin rəhbərliyi isə turistlərin verdiyi pulları mənimsəyib, uşaqlara gün ərzində sadəcə bir dəfə yemək verilib.

Uşaq evi 2016-cı ildə bağlanıb və Letti Makmaster evsiz qalan doqquz uşağı övladlığa götürüb. Daha sonra bu ailəyə daha beş nəfər daxil olub.