Vəng kəndinin Çinarlı adlandırılması məsələsi MM-in plenar iclasına tövsiyə edilib

13:20 22-10-2020 489

Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib.

APA-nın məlumatına görə, iclasda Milli Məclisdə “Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında”  qanun layihəsi müzakirə edilib.

Aparılan müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.