Premyer Liqada favoritlərin uğurlu günü - VİDEO

00:20 01-11-2020 36

İngiltərə Premyer Liqasında VII turun oyunları davam edir.

Bu gün daha üç qarşılaşma baş tutub.

Mövsümə istədiyi kimi start verə bilməyən “Mançester Siti” “Şeffild Yunayted” səfərindən bir qolluq qələbə ilə dönüb.

Hələ heç bir oyunda qələbə sevinci yaşaya bilməmiş “Bernli” “Çelsi” önündə də həsrətini davam etdirib. “Mavilər” üç xalı üç cavabsız qolla əldə edib.

Son çempion “Liverpul” isə “Vest Hem”lə oyunda əzmkar qələbəyə sevinib. “Enfild Roud”da baş tutan oyunda qonaqlar hesabı erkən açsa da, “qırmızılar” əzmkar qələbə qazanmağa müvəffəq olub – 2:1.

Qeyd edək ki, tura dünən keçirilən “Vulverhempton” – “Kristal Pelas” (2:0) oyunu ilə start verilib.

İngiltərə Premyer Liqası
VII tur
31 oktyabr

“Şeffild Yunayted” – “Mançester Siti” – 0:1
Qol:
Uolker, 28

“Bernli” – “Çelsi” – 0:3
Qollar:
Ziyeç, 26, Zuma, 63, Verner, 70

“Liverpul” – “Vest Hem” – 2:1
Qollar:
Salah, 42 (pen.), Jota, 85 – Fornals, 10