Azərbaycan bazarında mobil vasitələrin payı azalıb

14:40 02-11-2020 382

Azərbaycan bazarında mobil vasitələrin payında azalma müşahidə olunur.

HerGun.Az-ın “Global Stats”dan əldə etdiyi məlumata əsasən, oktyabr ayında masaüstü vasitələrin bazardakı payı mobil vasitələrin sayını üstələyib.

Belə ki, ötən ay ərzində masaüstü vasitələrin bazardakı payı 52,7 faiz təşkil edib. Sentyabr ayında isə bu göstərici 47,09 faiz təşkil edib və mobil vasitələrin sayına nəzərən daha az olub.

Oktyabr ayında mobil vasitələrin bazardakı payı 45,88 faiz təşkil edib. Sentyabr ayında bu göstərici 51,92 faiz olub. Senyabrda birinci pillədə yer tutan mobil vasitələr oktyabr ayında 2-ci pillədə qərar tutub. 

Azərbaycan bazarında tablet istifadəçilərinin sayı isə artıb. Oktyabr ayında bu göstərici 1,42 faiz olub. Sentyabr ayında isə bu göstərici 0,99 faiz təşkil edib.

Nigar Məmmədova