Turizm Agentliyi 3,3 milyon manata binasını yeniləyir

16:20 02-11-2020 439

Turizm Agentliyi 3,3 milyon manata binasını yeniləyir.

HerGun.Az-ın dövlət satınalmaları portalından əldə etdiyi məlumata əsasən, Agentlik tərəfindən elan edilən açıq tenderə yekun vurulub. 

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi bu istiqamətdə görüləcək işlərlə bağlı “Vest-LTD” QSC ilə müqavilə bağlayıb.

Belə ki, Turizm Agentliyinin inzibati binasının əsaslı təmir və yenidənqurma işləri şirkətə həvalə olunub.

Bu təmir işlərinin təmin edilməsinə 3 milyon 299 min 992 manat sərf ediləcək.

Nigar Məmmədova