Azərbaycan doqquz ay ərzində 10,6 milyard dollarlıq məhsul ixrac edib - FOTO

15:20 03-11-2020 425

2020-ci ilin doqquz ayı ərzində Azərbaycandan 10,6 milyard ABŞ dolları həcmində məhsul ixrac edilib.

HerGun.Az-ın İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən əldə etdiyi məlumata əsasən qeyri-neft sektoru üzrə 1,3 milyard ABŞ dolları dəyərində ixrac reallaşdırılıb.

Bu ilin yanvar-sentyabr ayları ərzində Rusiyaya 485,9 milyon, Türkiyəyə 252 milyon, İsveçrəyə 166,1 milyon, Gürcüstana 99,6 milyon və Çinə 33,4 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Nigar Məmmədova