Bakıda əhaliyə 2,9 milyard manatlıq ödənişli xidmət göstərilib

18:00 03-11-2020 497

Bakı şəhərində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri azalıb.

Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata əsasən, 2020-ci ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 29,1 faiz azalıb və 2 milyard 869 milyon manat olub.

Hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 761,4 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 61,4 faizini təşkil edib.