Məcburi köçkünlər üçün yeni yaşayış məhəlləsindəki işlərə 6,7 milyon manat sərf olunacaq

16:00 04-11-2020 420

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu elan etdiyi açıq tenderə yekun vurub.

HerGun.Az-ın dövlət satınalmaları portalından əldə etdiyi məlumata əsasən, açıq tenderin qalibi “Kür-Araz Şirkəti” MMC olub.

Fond şirkətlə dəyəri 6,7 milyon manat həcmində müəyyənləşən müqavilə bağlayıb. Belə ki, müqaviləyə əsasən, Ramana qəsəbəsində 1 512 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində su təchizatı, eləcə də, kanalizasiya və suvarma sisteminin tikintisi şirkət tərəfindən təmin olunacaq.

Tender üzrə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu müvafiq işlərin həyata keçirilməsinə 6 milyon 691 min 350 manat sərf edəcək.

Nigar Məmmədova