“Azərsu” Hövsan Aerasiya Stansiyasındakı işlərə 2,1 milyon sərf edəcək

14:00 05-11-2020 398

“Azərsu” ASC Hövsan aerasiya stansiyası üzrə görüləcək işlərlə bağlı açıq tenderinə yekun vurub. 

HerGun.Az-ın dövlət satınalmaları portalından əldə etdiyi məlumata əsasən, müsabiqənin qalibi “AzELMAŞ” Elmi Texniki Firması olub. 

“Azərsu” ASC şirkətə Hövsan Aerasiya Stansiyasında çatışmazlıqların aradan qaldırılması üçün görüləcək işlərin və mal-materialların satın alınmasına görə 2 milyon 128 min 699 manat həcmində ödəniş edəcək. 

Qeyd edək ki, “AzELMAŞ” 1993-cü ildən fəaliyyət göstərən müxtəlif təyinatlı mexaniki, elektrik, hidravliki intiqallı qurğu və avadanlıqların layihələndirilməsi, hazırlanması, quraşdırılması işlərini həyata keçirir.

Nigar Məmmədova