Meksika məhsullarının ixracına dair əməkdaşlıq imkanları müzakirə ediləcək

14:20 05-11-2020 498

Meksika Birləşmiş Ştatlarının Çiapas Ştatının müxtəlif məhsullarının ixrac imkanlarına dair “Üçüncü virtual ticarət görüşü” keçiriləcək.

Kiçik və Orta Bisnesin İnkişafı Agentliyindən verilən məlumata əsasən, 25 noyabrda onlayn formatda təşkil olunacaq tədbirdə Çiapas Ştatının müxtəlif məhsullarına, o cümlədən tropik meyvə-tərəvəz məhsullarına dair təqdimatlar keçiriləcək. Eləcə də, məhsulların ixracına dair əməkdaşlıq imkanları müzakirə ediləcək.

Tədbirdə iştirak etmək və ətraflı məlumat əldə etmək istəyən yerli sahibkarlar [email protected], [email protected], [email protected] elektron poçt ünvanlarına və ya (+994 12) 310 35 30 telefon nömrəsinə müraciət edə bilərlər.