Rusiyada əmək miqrantlarının sayı bir ildə 25 faizə qədər azalıb

04:40 07-11-2020 476

Rusiyada əmək miqrantların sayı keçən ilin sentyabr ayı ilə müqaisədə demək olar ki, dörddə birə qədər azalaraq, 1,8 milyon nəfər təşkil edib.

“İzvestiya” bu barədə Rusiya Daxili İşlər Nazirliyinin statistik hesabatına istinadən məlumat yayır.

Bildirilir ki, bir il əvvəl bu rəqəm 22,5 % çox və ya 2,3 milyon nəfərdən yuxarı olub.

Əcnəbi işçilərin bütün kateqoriyalarında azalma olduğu qeyd edilir.

Eyni zamanda, Rusiyada işləyən Avrasiya İqtisadi Birliyi ölkələrinin vətəndaşlarının sayı 26% azalıb.