Azərbaycanda inflyasiya səviyyəsi 2,8 faiz olub

14:00 11-11-2020 461

Azərbaycanda 2020-ci ilin yanvar-oktyabr ayları ərzində inflyasiya səviyyəsi 2,8 faiz olub.

HerGun.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, bu il istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar-oktyabr aylarına nisbətən 102,8 faiz təşkil edib. 

Belə ki, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,1 faiz, qeyri-ərzaq məhsulları üzrə 101,3 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 101 faiz təşkil edib.

Cari ilin oktyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 102,3 faiz təşkil edib.

Nigar Məmmədova